Baş nazirin müavini qəzada həlak oldu FOTO

Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov, onun köməkçisi Nurlan Camqıçıyev və onların olduğu “Tayota Landkruzer” maşınının sürücüsü avtomobil qəzasında həlak olublar.

SİA-nın məlumatına görə, Qırğızıstan hökumətinin bildirdiyinə görə, Temir Cumakadırovun olduğu avtomobil Talas vilayətinə oktyabrın 15-də Qırğızıstanda keçiriləcək prezident seçkilərinin vəziyyəti ilə tanış olmağa gedərkən Bişkek yaxınlığında “Kamaz” markalı yük maşını ilə toqquşub.

İlkin məlumata görə, yük maşını əks yola çıxaraq Temir Cumakadırovun olduğu maşına çırpılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə