"Nayt" fırtınası daha da gücləndi

"Nayt" fırtınası daha da gücləndi

ABŞ-dakı "Nayt" fırtınası güclənərək qasırğa səviyyəsinə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sinoptiklər bildirir ki, qasırğa Missisipi çayından 795 kilometr məsafədə, saatda 35 kilometr sürətlə şimal-qərbdən hərəkət edir. Qasırğanın külək sürəti saatda təxminən 121 kilometrə çatır.

Artıq Mississipnin bir neçə mahalında fövqəladə vəziyyət elan edilib. Orta Amerikada fırtına qurbanları sayı 20 nəfəri keçib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə