"Suriya torpaqlarının terrorçulardan təmizlənməsində Qərb koalisiyasının həqiqi rolu olmayıb." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
“Beynəlxalq koalisiya 30 sentyabr 2015-ci ildə Suriyada əməliyyatlara başlayan zaman ölkənin 90 faizi terrorçuların əlində idi. ABŞ-ın bu vaxta kimi strategiyası xilafətin hücumlarını izləməkdən, müxalifətə yardım adı altında terrorçulara silah göndərməkdən və Suriya iqtidarının nə zaman çökəcəyini gözləməkdən ibarət olub.” – MN rəsmisi bildirib. Konaşenkov onu da əlavə edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin əməliyyatları nəticəsində İŞİD-in nəzarətində olan ərazilər 10 faizə enib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB