Baş Nazir: "Corc Soros insanları və siyasi təşkilatları satın alıb"

"Corc Soros insanları və siyasi təşkilatları satın alıb." Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Avropa Birliyi də onun təsiri altındadır. Onlar milyonlarla miqrantı məcburi şəkildə Avropaya gətirmək istəyirlər. Bunu qəbul etməyənləri isə cəzalandırırlar. Təəssüf ki, Avropa Birliyi Sorosun planlarını həyata keçirir. Macarlar bu plana qarşı çıxacaqlar”, - Orban bildirib.

Qeyd edək ki, Orban daha əvvəlki açıqlamasında bəzi qüvvələrin Macarıstanı “Soros planı” əsasında miqrant ölkəsinə çevirməyə çalışdığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə