Putin “Zenit”in prezidentinə acıqlanıb: “Afərin, Sergey!"

Rusiya-Türkiyə iş adamları birliyinin iclasında “Zenit” futbol klubunun prezidenti Sergey Fursenkonun çıxışı Rusiya Prezidenti Vladimir Putini qəzəbləndirib. Teleqraf.com xəbər verir ki, Fursenko “Zenit” – “Real Sosedad” matçı barədə danışarkən “Futbolumuz dünyada güclənəcək və hər kəs bunu deyəcək: Futbol bir rus oyunudur”.

Putin isə “Zenit” prezidentinin bu çıxışını belə şərh edib: “Afərin, Sergey! Əsl rus oyunudur futbol! Klubda 8 əcnəbi oynayır, sonra da deyirsiz ki, futbol rus oyunudur. Əhsən sizə!”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...