Kərkükdə mindən çox İŞİD-çi təslim olub

Kərkükdə mindən çox İŞİD-çi təslim olub

İraqın Kərkük şəhərinin Havicə mahalında 1000-dən çox İŞİD terrorçusu təslim olub. Axar.az xəbər verir ki, bu barədə ABŞ koalisiyasının Birgə Xidmət Qüvvəsinin açıqlamasında deyilib.

“Koalisiya, İraq hökuməti və İraq Silahlı Qüvvələri bu gün Havicədə İŞİD-ə qarşı uğurlu əməliyyatlardan dolayı bayram edir. Əməliyyat 14 gün davam etdi və mindən çox terrorçu təslim oldu”, - bəyanatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə