Rusiyanın əhalisi sürətlə qocalır

2025-ci ilə qədər Rusiyada pensiyaçıların sayı 40 milyona çatacaq. Rusiya mətbuatı xəbər verir ki, bunu qonşu ölkənin əmək və sosial müdafiə naziri Aleksey Vovçenko deyib.

Onun sözlərinə görə, həmin vaxt pensiyaçılar əhalinin 27%-ni təşkil edəcək. Hazırda bu nisbət 24,6%-dir. Başqa sözlə, Rusiyada yaşlı insanların sayı arta-arta gedəcək.

Xatırladaq ki, Rusiya Nazirlər Kabineti Dövlət Dumasına 2018-ci ildə pensiyaların sığorta hissəsinin indeksasiya edilməsi barədə qanun layihəsi təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə