Yekaterinburqda anonim zəngdən sonra 10 məktəb binası təxliyə edilib. SİA-nın xəbərinə görə, məktəblərə bomba qoyulması barədə zəngdən dərhal sonra ümumilikdə 7500-ə yaxın sakin təxliyə edilib.
Təxliyədən sonra məktəblərdə axtarış aparılıb. Axtarışlar nəticəsində şübhəli əşyaların aşkar olunmadığı barədə məlumat verilib.
Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək ölkənin 120 şəhərində 800 minə yaxın adam təxliyə olunub. Anonim zənglərdən heç biri öz təsdiqini tapmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB