Türkiyənin İzmir şəhərində antiterror əməliyyatı keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK terror təşkilatına qarşı növbəti əməliyyat nəticəsində 16 nəfər həbs olunub.
Onlar siyasi toplantılara “Molotov kokteyli” atmaqda və dövlətə maddi ziyan vurmaqda ittiham ediliblər. Həbs olunanların evlərində aparılan araşdırma zamanı təşkilata məxsus xeyli sənəd ələ keçirilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB