Abdullah Öcalan "Qırmızı xətt" istəyib

Abdullah Öcalan "Qırmızı xətt" istəyib

Terror təşkilatı PKK-nın həbsdə olan lideri Abdullah Öcalan atəşkəs müddətində təşkilata daha yaxşı nəzarət etmək üçün İmralı-Kandil telefon xəttinin açılmasını tələb edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İmralı həbsxanasında dövlət səlahiyyətliləri ilə görüşən A.Öcalan bir sıra şərtlər irəli sürüb.

Həbsxanada hücuma məruz qaldığını və saçlarının kəsildiyini söyləyən A.Öcalan yeni hücrəsində şəraitinin yaxşılaşmasına baxmayaraq, hələ də qanuni haqlarını istifadə edə bilmədiyindən, qəzet verilməməsindən, bəzən də əhəmiyyətli xəbərlərin kəsilərək verilməsindən şikayətlənib. PKK ilə hökumət arasında sülhü yalnız özünün təmin edə biləcəyini deyən terror təşkilatının lideri təşkilatın yüksək səviyyəli səlahiyyətçiləri ilə əlaqə yaratmaq istədiyini bildirib.

Öcalanın vəkillərindən Xəticə Korkut telefon tələbi ilə bağlı məlumatın olmadığını ifadə edib. O, kürd siyasətində təsirli bir ad olan Öcalanın gücünü göstərmək istədiyini bildirib: "Öcalan İmralını sülh danışıqlarının aparıldığı bir ofisə çevirmək və qarşıda özünü də əhatə edəcək bir əhvin siyasi zəminini hazırlamaq istəyir. Telefon tələbi qəbul edilsə, təşkilat vasitəsilə gücünü hər an dövlətə göstərə bilər".

Demokratik Cəmiyyət Konqresinin həmsədri Aysel Tuğluk Öcalandan "Hakkaridə baş verən və 9 insanın həyatını itirdiyi partlayışın PKK-nın etdiyi sübut edilərsə, PKK-ya silahı yerə qoydura bilərmi" sualını verib. A.Tuğluk NTV-yə verdiyi açıqlamada Öcalanın "Mən burada hökumətlə deyil, dövlətlə görüşürəm. Hələ yolun əvvəlindəyik. Bir il içində bəzi işlər həyata keçirilsə, müsbət bir prosesə başlaya bilərik. Hakkariyə PKK-nın hücum etdiyi sübut olunarsa, təşkilata silahı buraxdıraram".

Bütün xəbərlər Facebook səhifəmizdə