İraq ordusu daha bir şəhəri İŞİD-dən azad edib

İraq ordusu daha bir şəhəri İŞİD-dən azad edib

İraq ordusu Əl-Havica şəhərinin İŞİD-dən tam azad olunduğunu bəyan edib. Trend-in məlumatına görə, şəhərin azad olunması üçün əməliyyat 2 həftə əvvəl başlamışdı. General-leytenant Abdul Əmir Yarallı əməliyyatın başa çatması ilə bəyanat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində ordu 98 kəndi İŞİD-dən təmizləyib, Tiqrit-Kərkük magistralı üzərinə nəzarəti bərpa edib və iki aeroportu silahlılardan azad edib. Əməliyyatda 200-ə yaxın silahlının öldürüldüyü xəbər verilir. Əl-Havica İŞİD-in İraqda Mosuldan sonra əsas qərargahı hesab edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə