O, Filippindən ABŞ-a gəlib
Las-Veqas atıcısı Stiven Peddokun rəfiqəsi Merilou Denli Filippindən ABŞ-a gəlib. Onu hava limanında qarşılayan Federal Təhqiqatlar Bürosunun əməkdaşları cinayətin motivləri barədə informasiya əldə etməyə çalışırlar. Bu dəhşətli kütləvi qətlin motivləri hələ ki, qaranlıq qalır. İnterfax agentliyi xəbər verir ki, Filippin miqrasiya xidmətinin nümayəndəsi Peddokun rəfiqəsinin sentyabrın 25-də Honkonqdan Filippinə gəldiyini və Las-Veqasdakı silahlı insident zamanı burada olduğunu təsdiqləyib.
Faciədən bir neçə gün öncə Peddokun Filippinə təxminən 100 min dollar köçürməsi faktı polisin və jurnalistlərin diqqətini cəlb edib. Hazırda Amerika tərəfi Filippinli həmkarları ilə birgə pul vəsaitinin kimə və hansı məqsədlə göndərildiyini araşdırır.
TASS agentliyinin yaydığı məlumata görə, ABŞ-ın əyləncə mərkəzi olan Las-Veqas şəhərində keçirilən musiqi festivalına toplaşan on minlərlə insanı atəşə tutaraq azı 59 nəfəri qətlə yetirən və 500-dən çox insanı yaralayan amerikalı Stiven Peddok öz silah arsenalını 20 il ərzində toplayıb. Bu arsenalın bir hissəsi həmin cinayətdə istifadə olunub.
Bir qədər əvvəl polis Peddokun atəş açdığı otel otağında və mənzilində axtarış aparılan zaman orada 42 ədəd odlu silah, çox sayda döyüş sursatı və partlayıcı qurğu aşkarlandığı və bütün silahların leqal yolla əldə olunduğu barədə məlumat vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB