ABŞ Prezidenti Donald Tramp "Mariya" qasırğasının ziyan vurduğu Puerto-Rikoda olub. SİA-nın məlumatına görə, qasırğadan zərər görənlərə baş çəkən D.Tramp onlara kağız salfetlər paylayıb.
Lakin dövlət başçısının salfetləri basketbol topu ilə oynayırmış kimi ətrafdakılara atması mətbuatın tənqidi ilə üzləşib. ABŞ KİV-i D.Trampın bu hərəkətini hörmətsizlik kimi dəyərləndirib.
Bir çox sosial şəbəkə istifadəçiləri isə ABŞ Prezidentini "qeyri-ciddilikdə" və "zərərçəkənləri ələ salmaqda" günahlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB