Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib

Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib

Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib. Bu barədə siyasətçinin vəkili Markiyan Qalabala danışıb. “Vətəndaşa əlavə mühafizə istəyi və ya siyasi sığınacaq tələbi mahiyyət etibarı ilə eyni şeydir. Yalnız gündəlik həyatda “siyasi sığınacaq” ifadəsi daha çox işlənilir”, - vəkil deyib.

Vəkil Dövlət Sərhəd Xidmətinin 24 saat ərzində sorğuya cavab verməli olmasına baxmayaraq, hələ də rəsmi cavab almadıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə