Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Oktyabrın 3-də Qazaxıstanda radarlardan itən An-28 təyyarəsi Almatı şəhəri yaxınlığında qəzaya uğrayıb. Hazırda xilasedicilər hadisə yerində baş verən yanğını söndürməyə çalışır. RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi məlumat verib. Təyyarənin “East Wing” aviaşirkətinə məxsus olduğu bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Mülki Aviasiya Komitəsi Almatı – Çimkənd marşrutu üzə sanitar uçuşu həyata keçirən An-28 təyyarəsinin yerli vaxtla saat 18:47-də Almatı hava limanından 28 kilometr məsafədə radarlardan itdiyinə dair xəbərlər yayılmışdı.

Qəzanın səbəbləri və hadisə zamanı təyyarənin göyərtəsində olan 5 nəfərin taleyi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə