Las-Veqasda ölənlərin sayı 59-a çatıb

ABŞ-ın Las-Veqas ştatında festival iştirakçılarının atəşə tutulıması nəticəsində ölənlərin sayı 59-a, zəzərçəkənlərin sayı isə 527 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Las-Veqasın şerifi Cosef Lombar keçirdiyi mətbuat konfransında məlumat verib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Atışma otelin 32-ci mərtəbəsində olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə