CNN açıqladı: Las-Veqas qatilinin atası bank soyğunçusu olub!

CNN açıqladı: Las-Veqas qatilinin atası bank soyğunçusu olub!

CNN telekanalının yaydığı məlumata görə, ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) silahlı insident törədən Stiven Peddokun atası bank soyğunçusu olub. Bir neçə il əvvəl ölmüş bu kişi Federal Təhqiqatlar Bürosu tərəfindən axtarışa verilən on adamdan biri olub.

Stiven Peddok pensiyaya çıxmazdan əvvəl mühasib işləyib. Onun Alyaska ştatı tərəfindən verilmiş ovçuluq lisenziyası olub. S.Peddok Nevada ştatının şimalında Meskit şəhərində yaşayıb. Polis əməkdaşları onun evində axtarış aparsalar da, qeyri-adi bir şey tapmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə