Dəməşqdə yeni partlayış: 15 nəfər ölüb

Dəməşqdə yeni partlayış: 15 nəfər ölüb

Suriyanın paytaxtı Dəməşqdə törədilən iki partlayış nəticəsində 15 nəfər ölüb. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Agentliyin xəbərində deyilir ki, əvvəl şəhərin Əl-Midan rayonunda, polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb. Bunun ardınca isə həmin ərazidə iki terrorçu-kamikadze üzərilərində olan partlayıcı qurğunu işə salıb.

Ölənlər arasında həm polis, həm də mülki vətəndaşların olduğu bildirilir. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com