Donald Tramp sabah Las-Veqasa gedəcək

ABŞ Prezidenti Donald Tramp Las-Veqasa gedəcək. Axar.az xəbər verir ki, bu barədə Tramp özü məlumat verib. O qeyd edib ki, oktyabrın 4-də Las-Veqasa gedəcək və səfər çərçivəsində terakt nəticəsində həlak olan və yaralananların ailə üzvləri ilə görüşəcək.

Qeyd edək ki, Las-Veqasda musiqi festivalına hücum zamanı 58 insan həlak olub, 200-dən çox sakin yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə