ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) silahlı insident nəticəsində həlak olanların sayı 58 nəfərə, zərərçəkənlərin sayı 515 nəfərə çatıb. RİA Novosti Agentliyi bu barədə məlumat verib. Xəbərə görə, bu barədə şerif Cozef Lombardo mətbuat konfransında məlumat verib.
Xatırladaq ki, insident bazar günü gecə saatlarında Mandalay Bay otel-kazino kompleksi ilə aeroport arasındakı meydançada keçirilən musiqi festivalında baş verib. Hadisə vaxtı orada on minlərlə insan olub. Kütləvi qətldə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Peddok polis tərəfindən saxlanılarkən özünü öldürüb. Cinayətkar festivalı izləyən insanları Mandalay Bay otelinin 32-ci mərtəbəsindən atəşə tutub. Onun oteldə qaldığı otaqdan azı 10 ədəd silah tapılıb.
Hücuma görə məsuliyyəti İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB