Rusiya istehsalı olan “Voroninı” serialı dünyanın ən uzunmüddətli televiziya layihəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Rusiya mətbuatının yazdığına görə, Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndəsi serialda 455 epizodu qeydə alıb. Serial 1996-2005-ci illərdə “CBS” telekanalında yayımlanan “Reymondu hamı sevir” Amerika sitkomuna (situasiya komediyası) uyğunlaşdırılaraq lentə alınıb. Rusiya versiyasının premyerası 2009-cu ildə olub və bu günədək yayımlanır. Avqustun sonunda serialın 20-ci mövsümü təqdim edilib.
Serial bir ailənin başına gələn əhvalatlardan bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB