İŞİD Las-Veqasdakı silahlı hücumun məsuliyyətini üzərinə götürüb

İŞİD Las-Veqasdakı silahlı hücumun məsuliyyətini üzərinə götürüb

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı zamanı baş verən silahlı hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Bu barədə Reuters qruplaşmaya yaxın olan agentliklərə istinadla məlumat yayıb.

Xatırladaq ki, Las-Veqas şəhərinin mərkəzində keçirilən musiqi festivalı zamanı açılan atəş nəticəsində həlak olanların sayi 50 nəfəri ötüb, 400-ə yaxın insan zərər çəkib. Bu faciə ABŞ-ın müasir tarixinə insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə