Las-Veqasda "Mandalay Bay Casino" kazinosu yaxınlığında festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatıb, 100-dən çox insan yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin şerifi Cozef Lombarqo mətbuat konfransında məlumat verib. Eyni zamanda, 14 nəfərin vəziyyəti kritikdir.
Ölənlər arasında polis məmurları da var.
Şerifin sözlərinə görə, vəziyyət nəzarət altındadır, atəş açan şəxs zərərsizləşdirilib, onun motivləri hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB