Sentyabrın 19-da Meksikada baş verən zəlzələdən sonra dağıntılar altında aparılan axtarışlar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, axtarışlar nəticəsində ölənlərin sayı 345-dən 361-ə çatıb. Təbii fəlakət nəticəsində ölənlərin sayının bundan sonra da artacağı gözlənilir. Paytaxt Mexikoda 7 mərtəbəli biznes mərkəzin dağıntıları altında qalanların axtarışı davam etdirilir. Azı 8 nəfər itkin düşmüş hesab edilir.
Xatırladaq ki, paytaxt Mexikoda 7.1 bal gücündə baş verən zəlzələ nəticəsində 39 yaşayış evi dağılıb, yüzlərlə ev qəzalı vəziyyətə düşüb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB