Yaponiyada zəlzələ olub

Yaponiyada zəlzələ olub. SİA-nın xəbərinə görə, Hönşü adasının şimal-şərqində baş verən zəlzələ 4,9 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Tokionun şimalındakı İbaraki prefekturasında, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən dərhal sonra 3,7 bal gücündə növbəti yeraltı təkan qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə