5 PKK terrorçusu zərərsizləşdirildi

5 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyədə Diyarbəkirin Kocaköy rayonunda 26 sentyabrda bir əsgərin həlak olduğu, iki əsgərin yüngül yaralandığı terror hücumu ilə bağlı aparılan əməliyyatda 5 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Diyarbəkir vilayəti rəhbərliyindən açıqlama verilib.

Açıqlamaya görə, Kocaköy rayonu Gözəbaşı kəndi mülki sərhədləri içərisində terrorçularla silahlı qarşıdurma nəticəsində jandarm çavuşu Xətib Çağların öldürülməsi və iki şəxsi heyət üzvünün yüngül yaralanması ilə bağlı kəşfiyyat işləri aparılıb. Həyata keçirilən işlər nəticəsində Lice rayonu Baharlar kəndi Gönem ərazisinin 620 metr cənub-şərqində bir qrup PKK-çının olduğu müəyyən edilib. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə dünən yerli vaxtla saat 19:10-dan Hava Qüvvələri Komandanlığı təyyarələri dəstəyində əməliyyat başladılıb.

Əməliyyatda 5 terrorçu zərərsizləşdirilib. Terrorçulara aid M-16, 3 AK-47 Kalaşnikov avtomatı, 3 əl qumbarası, 3 M-16 darağı, 8 Kalaşnikov darağı, iki böyük nəqliyyat radiostansiyası, əl radiostansiyasız, 5 kürək çantası, 5 yataq kisəsi, çox sayda təşkilati proqram və s. ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə