Çin silkələndi

Çində zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkan Çinin cənub-qərbində Sıçuan vilayətində 5,4 bal gücündə qeydə alınıb.

Zəlzələnin episentri Quanyuan şəhəri yaxınlığında 13 kilometr dərinlikdə olub.

Hələlik insan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə