ABŞ Kubaya vizalar verilməsini dayandırır

ABŞ Kubaya vizalar verilməsini dayandırır

ABŞ Dövlət Departamenti Kubaya Amerika vizalarının verilməsini müddətsiz dayandırmaq barədə qərar qəbul edib. Bunu cümə günü jurnalistlərə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

Bu barədə TASS agentliyi xəbər yayıb. Diplomatın sözlərinə görə, ABŞ Kubaya hələlik rəsmi nümayəndə heyətləri də göndərməyəcək. Bundan başqa, Birləşmiş Ştatların Havanadakı səfirliyinin əməkdaşlarının sayı yarıbayarı ixtisar ediləcək. Buna amerikalı diplomata zərər yetirilməsi ilə nəticələnən insidentin səbəb olduğu bildirilir.

“Sentyabrın 29-da Dövlət Departamenti Havanadakı səfirlikdə çox mühüm funksiyalarla məşğul olmayan personala, habelə bütün ailə üzvlərinə qayıtmaq göstərişi verib”, - idarənin nümayəndəsi belə deyib. O, həmçinin qeyd edib ki, ABŞ hazırda Kuba ilə diplomatik münasibətləri kəsmək fikrində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə