Madrid metrosunda atışma!

İspaniya paytaxtı Madrid şəhərində metroda atışma olub. APA-nın “ Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə ilə əlaqədar metrodakı sərnişinlər evakuasiya edilib.

Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hadisə ilə əlaqədar şübhəli bilinən iki nəfər saxlanılıb. Onların sərxoş olduğu bildirilir. Tərəflər arasında yaranmış mübahisə sonda atışma ilə nəticələnib. Həmin şəxslərin hər hansı terror təşkilatı ilə əlaqəli olmadığı deyilir. Artıq metroda hərəkət bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə