Bu gün Dünya Dəniz günüdür

Bu gün Dünya Dəniz günüdür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün Birləşmiş Millətlər Təşkilatı sistemində qeyd olunan beynəlxalq bayramlardan biri kimi qeyd olunur. Dünya Dəniz günü 1978-ci ildən etibarən Hökumətlərarası Dəniz Məsləhət Qurumunun Assambleyasının 10-cu iclasının qərarı ilə qeyd olunmağa başlanıb.

Bu günün məqsədi balıq ovunun, suyun çirklənməsinin və qlobal istiləşmənin dəniz və okeanlar üçün nə qədər ziyanlı olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, ən mühüm vəzifələrdən birinin dəniz təhlükəsizliyini artırmaq və dənizi neft çirklənməsindən qorumaq olduğunu aşılamaqdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə