İndoneziyada güclü zəlzələ

İndoneziyada 5.3 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkan Abepur qəsəbəsinin 14 kilometr cənub-qərbində, 60,4 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda hadisə qurbanları haqqında heç bir məlumat verilmir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İndonieziya Sakit Okean halqasında (güclü tektonik lay) yerləşir. Hər il seysmoloqlar bur ərazidə 4 baldan yüksək olan 6-7 min zəlzələ qeydiyyata alırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə