Vladimir Putin generalı işdən qovub

Vladimir Putin generalı işdən qovub

Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryov hərbi xidmətdən və vəzifədən kənarlaşdırılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Həmin sərəncamla həmçinin Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Valeri Kulikov da tutduğu vəzifədən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə