6.4 bal gücündə zəlzələ olub

Sakit Okean yaxınlığında Fici adasında 6.4 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Fici adalarının cənubudur. Yeraltı təkan 98.1 kilometr dərinliyində qeydə alınıb.

Hazırda yaralanan və ölənlər haqqından heç bir məlumat yoxdur. Geologiya Xidməti zəlzələni yaşıl səviyyədə qiymətləndirərək, hadisə nəticəsində ölüm hallarının olacağını və kifayət qədər iqtisadi zərər dəydiyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə