Ərdoğanın əleyhdarı Almaniyanın XİN rəhbəri olacaq?

Ərdoğanın əleyhdarı Almaniyanın XİN rəhbəri olacaq?

Almaniyanın Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir bu ölkənin xarici işlər naziri postuna yiyələnə bilər. Axar.az xəbər verir ki, bu barədə “Vol Strit” jurnalı məlumat yayıb.

Belə ki, Almaniyada keçirilən parlament seçkilərində Angela Merkelin bloku XDB (Xristian Demokratik Birliyi) 33 faiz səs toplayaraq qalib olmağı bacarmışdı. Ondan sonrakı pilləni isə XDB-də ilə koalisiyada olan sosial-demokratlar 20.5 faizlə tutublar. Amma sosialistlər XDB ilə yenidən koalisiya formalaşdırmaqdan imtina ediblər.

Hazırki məqamda isə ekspertlər söyləyirlər ki, Almaniya hökuməti yaşılların və azad demokratların da təmsil olunduğu “Yamayka” adlı koalisiya formalaşdıra bilər. Hər iki tərəf bu koalisiyaya hazır olduğunu bildirilib.

Belə olan halda da türk əsilli Özdəmir Almaniyanın xarici siyasətinə rəhbərlik etmək şansı qazanır. Qeyd edək ki, Özdəmir Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qatı əleyhdarlarından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə