Pakistanin sabiq baş naziri Nəvaz Şərif ona qarşı irəli sürülən korrupsiya ittihamı ilə əlaqədar məhkəmə prosesində iştirak etmək üçün Londondan İslamabada qayıdıb. Pakistan mətbuatı yazır ki, N.Şərif İslamabadda öz partiyasının – Pakistan Müsəlman Liqasının liderləri ilə görüşüb, son hadisələri müzakirə edib. Bildirilir ki, sentyabrın 27-də keçiriləcək məhkəmə prosesində ölkənin sabiq maliyyə naziri, son vaxtlar Londonda yaşayan İsxak Dar da iştirak edəcək.
Xatırladırıq ki, Pakistan Ali Məhkəməsi cari il iyulun 28-də korrupsiya qalmaqalı ilə bağlı Nəvaz Şərifi baş nazir vəzifəsindən kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB