Jeneralitetin (Kataloniya hökuməti) sədri Karles Puçdemon hələ ki, birtərəfli qaydada muxtariyyətin müstəqilliyinin elan olunması barədə konkret bir söz deyə bilmir. Puçdemonun sözlərinə görə, belə bir vəziyyət İspaniya hökumətinin referenduma maneçilik törədəcəyi və ya müstəqilliyə səs verənlərin sayının digərlərindən xeyli çox olacağı təqdirdə yarana bilər. “Hazırda Kataloniya hökuməti birtərəfli qaydada müstəqillik elan etmək imkanını müzakirə etmir, lakin mən bu variantı istisna etmirəm”, - deyə o əlavə edib. Kataloniya lideri bu məsələnin onun səlahiyyətinə daxil olmadığını, lakin hökumət üzvlərinin hər hansı birinin belə bir təkliflə çıxış edəcəyi təqdirdə “onu müzakirə edə biləcəklərini” deyib.
Puçdemon İspaniyanın Konstitusiya məhkəməsinin qadağasına baxmayaraq muxtariyyətin müstəqilliyi barədə səsvermənin oktyabrın 1-də keçirilməsində israr edir. O bildirib ki, səsvermə nəticələrinin qiymətləndirilməsində seçkilərdə iştirak faizi hesaba alınmayacaq, çünki İspaniya qanunvericiliyində hər hansı minimum təyin olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB