İraq Parlamenti Kərkükdəki neft quyularını qaytarır

İraq Parlamenti Kərkükdəki neft quyularını qaytarır

İraq Parlamenti Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması və Kürdüstan muxtar qurumunun müstəqilliklə bağlı keçirdiyi referendumda səs verən məmurların işdən kənarlaşdırılması barədə qərar qəbul edib.

İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Hakim Zamili Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması və referendumda səs verən dövlət məmurlarının işdən çıxarılması barədə qərar verildiyini deyib. O, bu qərarın təhlükəsizlik və digər bürokratik sahələrdə çalışan bütün məmurları əhatə edəcəyini bildirib.

İraq Parlamenti daha öncə Kərkükdə və digər mübahisəli bölgələrdə əsgərlərin yerləşdirilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə