Rusiyanın Baş prokurorluğu ilin birinci yarısında baş verən cinayətlərlə bağlı statistikanı açıqlayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ilin ilk yarısındə ən kriminal şəhər Moskva olub.
Cinayətlərin ümumi sayının azalmasına baxmayarq birinci yer Moskvanın, ikinci yer Moskva vilayətinin payına düşür. Burada cari ilin altı ayında 71 961 və 43668 cinayət hadisəsi baş verib.
Statistikaya görə üçüncü yerdə Krasnodar bölgəsidir ki burada ilin birinci yarısında 33 492 cinayət halı qeydə alınıb. Dördüncü və beşinci yerdə Çelyabinsk vilayəti və Başqortostan qərarlaşıb.
Bundan başqa Rostov, Tümen, Sverdlovsk və Kemerovo bölgələri, eləcə də Tatarıstan Respublikası da ən çox cinayətin baş verdiyi bölgələrə daxildir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, statistikaya görə, ümumulikdə 6 ayda Rusiyada 1 030 193 cinayət hadisəsi faktı baş verib. Bu göstərici ötən illə müqayisədə 12.9 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB