Fişəng fabrikində yanğın 8 ölü, 25 yaralı

Fişəng fabrikində yanğın 8 ölü, 25 yaralı

Hindistanın Carkxand ştatında qeyri-qanuni fişəng istehsal edən fabrikdə yanğın olub. SİA-nın xəbərinə görə, Kumardubi yaşayış məntəqəsində qeydə alınan hadisə nəticəsində azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Yanğın zamanı fabrikin bir hissəsi çöküb. Hadisə yerində yanğınsöndürən briqadası çalışır. İnsanların çöküntü altında qalma ehtimalı da böyükdürş

Qeyd edək ki, yanğının səbəbləri haqqında heç bir məkumat açıqlanmır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, sözügedən ölkədə həyata keçirilən çoxlu sayda festivallar zamanı fişənglərə tələbat artır. Lakin istehsalçılar tələbatın artmasını nəzərə alaraq lazımı təhlükəsizlik tədbirləri görmədikləri üçün Hindistanda bu cür yanğınlara tez-tez rast gəlmək olur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə