"ABŞ Kiyevə ölümcül silah göndərməyəcək." Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. O bildirib ki, ABŞ-dan yalnız müdafiə xarakterli silahlar alınacaq: “Amerikalı partnyorlarımızla məhsuldar görüş keçdi. Ordumuzun fəaliyyətini daha effektiv hala gətirmək üçün radio-elektronik texnikalar almağı qərarlaşdırdıq”.
Dövlət başçısı onu da əlavə edib ki, ölkəsi son dərəcə müasir və effektiv tank əleyhinə raketlər istehsal edir.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ senatı Kiyevə 500 milyonluq hərbi yardımın göndərilməsi ilə bağlı qərarı təsdiqləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB