İran nüvə proqramına görə bir tərəfdən başda ABŞ olmaqla Qərb ölkələri ilə baş-başa gəldiyi bir vaxtda müdafiə texnologiyasında geri qalmamaq üçün əhəmiyyətli addımlar atır. SİA-nın Türkiyənin "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, raketdən müdafiə sistemini gücləndirmək üçün səy göstərən İranın son texnologiya möcüzəsi Bəsrə körfəzi və Hörmüz boğazını qoruyacaq uçan botlardır.
İran uzun müddətdir ki, üzərində çalışdığı uçan botların kütləvi istehsalına başlayıb. Bəsrə körfəzində patrul keşiyi çəkən İran İnqilab Gözətçilərinin xidmətinə təqdim edilən botlar dənizdə üzdüyü kimi uça da bilir. İranın tamamilə yerli istehsalı olan uçan botların ən əhəmiyyətli xüsusiyyəti onların radara düşməməsidir. Kiçik bir təyyarəni xatırladan dəniz botları müşahidə vəzifəsi ilə yanaşı raket atmaq qabiliyyətinə də malikdir. "Bavar-2" adı verilən botlar eyni zamanda kəşfiyyat toplama xüsusiyyətinə də sahibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB