Rusiyalı siyasi ekspert: “İranın nüvə proqramı Azərbaycan üçün daha təhlükəlidir” - MÖVQE

Rusiyalı siyasi ekspert: “İranın nüvə proqramı Azərbaycan üçün daha təhlükəlidir” - MÖVQE

"İranın nüvə proqramının hərbi ssenarisi yaxın gələcəkdə az ehtimal edilir". SİA-nın məlumatına görə, bu sözləri Moskva Dövlət Universitetinin (MDU) postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə Analitik-İnformasiya Mərkəzinin baş direktoru, MDU-nun tarix fakültəsinin dekan müavini, "Vestnik Kavkaza" analitik-infofrmasiya portalının baş redaktoru Aleksey Vlasov söyləyib.

 

Ekspert İranın nüvə proqramının Azərbaycan üçün daha təhlükəli olduğunu vurğulayıb. O, əmin olduğunu qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 65-ci sessiyası çərçivəsində keçirilən ABŞ prezidenti Barak Obama ilə Azərbaycan prezidenti İlham Əliyevin görüşündə İranın nüvə proqramı müzakirə olunub. İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana gözlənilən səfərinin rəsmi Bakının bu məsələdə mövqeyinin formalaşması üçün də böyük əhəmiyyət daşıdığını deyən A.Vlasov bildirib ki, Azərbaycan İranı nüvə siyasətindən əl çəkməsinin vacib olduğuna inandırmağa çalışacaq.

 

Siyasi ekspert həmçinin vurğulayıb ki, İranın nüvə problemi yaxın vaxtlarda Azərbaycan və Rusiyanın gündəliyində olan əsas məsələlərdən olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə