Suriya ordusu müttəfiqlərin dəstəyi ilə Deyr əz-Zor şəhərinin cənub-şərqindəki Cafra məhəlləsində nəzarəti ələ keçirib. Axar.az xəbər verir ki, Cafranın ələ keçirilməsi ilə İŞİD-in hərbi vasitələr üçün istifadə etdiyi yol bağlanıb.
Qeyd edək ki, daha öncə rejim ordusundan verilən açıqlamada Cafranın qonşuluğundakı iki məhəllənin ələ keçirildiyi bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB