İsrail yenidən Qəzzanı bombalayıb

İsrail yenidən Qəzzanı bombalayıb

İsrail Hərbi Hava Qüvvələri gecə yarısı Qəzza Şəridinin mərkəzinə təşkil etdiyi hücumda, 3 fələstinli həyatını itirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail vertolyotları, Əl Bureyc mühacir düşərgəsinin şərq hissəsinə hücum təşkil edib. Hücumda ölənlərin, İslami Cihad təşkilatının əsgəri qanadı Qüds Briqadalarının üzvləri olduğu qeyd edilib.

 

Fələstin mətbuatının verdiyi məlumata görə, hər biri 20 yaşında olan 3 gəncin cəsədi Dəyər Əl Balahdakı Əl Axsa Şəhidləri xəstəxanasına aparılıb. İsrail tərəfi edilən hücumları təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə