Meksikada yerli əhali bələdiyyə başçısını və köməkçisini qətlə yetirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Meksikanın qərbindəki Michoacan əyalətində olan Tancitaro qəsəbəsinin bələdiyyə başçısı Gustavo Sançez (Gustavo Sanchez) və köməkçisinin cəsədləri bu gün aşkar olunub. İstintaqa yaxın mənbələrin verdiyi xəbərə görə, 5 min 500 adamın yaşadığı Tancitaro Bələdiyyə başçısının daşlanaraq öldürülməsinin ehtimal olunduğu bildirilir.
Yerli mətbuatın yazdığına görə, bələdiyyə başçısı və köməkçisinin əlləri bağlanmış və başları daş zərbələri ilə dağıdılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, Meksikada zorakılığın hökm sürdüyü əylalətlərdə cari ilin 8 ayı ərzində 11 Bələdiyyə başçısı öldürülüb və bu cinayətlər ölkədəki narkobaronların istəyi ilə reallaşıb.
Xatırladaq ki, 2006-ci ildən bu günə kimi narkobaronlarla və onların idarə etdiyi şəbəkələrlə təhlükəsizlik gücləri arasındakı qarşıdurmalarda 28 min adam həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB