Ukraynanın Odessa şəhərində uşaq istirahət düşərgəsində baş verən yanğın nəticəsində 3 uşaq ölüb. APA-nın xəbərinə görə, bu barədə Ukrayna Milli polisinin nümayəndəsi Ruslan Forostyak bildirib. “İlkin məlumata görə, yanğın nəticəsində 3 uşaq ölüb”, R.Forostyak yazıb.
Bundan əvvəl 1 uşağın öldüyü, 3-ün xəsarət aldığı, daha 3-ün isə itkin düşdüyü bildirilirdi. “Viktoriya” istirahət düşərgəsində güclü yanğın sentyabrın 16-a keçən gecə baş verib. Yanğın baş verən zaman düşərgədə ümumilikdə 150 uşaq olub. Hazırda yanğın tamamilə söndürülüb. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB