1917-ci ildə Sovet İttifaqının yaranması ilə nəticələnən Bolşevik İnqilabının lider adlarından biri olan Lev Trotskinin öldürüldüyü buz baltasının Vaşinqtonda bir muzeydə nümayiş etdiriləcəyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyanın ən məşhur sui-qəsd silahı olan buz baltası, sui-qəsdin ardından 1940-cı ildə sadəcə bir dəfə mətbuat konfransında göstərilmişdi. Daha sonra Alfredo Salas adlı gizli polis, baltanı saxladığı dəlil otağından götürüb, gələcək nəsillərə ötürülməsi üçün qızına verib. Qızı Anna Alicia isə çarpayının altında gizlətdiyi baltanı 40 il sonra satışa çıxarıb. Baltanı Aliciadan alan ABŞ-lı kolleksiya həvəskarı Keyt Melton sui-qəsd alətini Beynəlxalq Casusluq Muzeyinə təhvil verib.
Qeyd edək ki, Qızıl Ordunun banisi, mühüm Marksist nəzəriyyəçilərdən biri kimi tanınan Lev Trotski, Jozef Stalin ilə girdiyi siyasi rəqabətdə məğlub olduqdan sonra Sovet İttifaqından sürgün edilmişdi. 1929-1933 illərdə sürgün həyatı yaşayan Trotski, 1937-ci ildə Meksikaya sığınıb. Lakin burada Sovet İttifaqının Ramon Mercader adlı agenti jurnalist qiyafəsində müsahibə almaq bəhanəsi ilə Trotskinin evinə girib və buz baltası ilə rus siyasətçinin başına vuraraq, ölümünə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB