İraqın cənubunda, Di-Kar vilayətində törədilən iki terror aktı nəticəsində həlak olanların sayı 74 nəfərə çatıb, daha 93 nəfər yaralanıb. SİA-nın Al-Jazeera telekanalına istinadən verdiyi məlumata görə, vilayətin səhiyyə departamenti başçısının müavini Abdel Huseyn al-Cabriyə xəbəri təsdiq edib.
Xatırladaq ki, dünən silahlı şəxslər Nasiriyyə şəhərindən qərbdə kafeyə soxularaq müştərilərə atəş açıblar. Bundan bir qədər sonra yaxınlıqdakı nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobil partladılıb.
Ölənlər və yaralananlar arasında İran vətəndaşlarının da olduğu bildirilir.
Hər iki hücumun məsuliyyətinin İŞİD terror qruplaşması üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB