İraqın Nasriyə şəhərində polis məntəqəsinə və restorana təşkil edilən terror hücumları nəticəsində 50 nəfər ölüb, 80-i isə yaralanıb. Axar.az xəbər verir ki, terrorçular əvvəlcə restorana daxil olaraq insanlara atəş açıb. Daha sonra isə polis məntəqəsinə təşkil edilən silahlı hücumdan sonra orada 2 kamikadze hücumu törədilib.
Məlumata görə, terrorçular əvvəlcə bomba yüklənmiş avtomobili partladıb, sonradan isə üzərinə bomba bağlayan şəxs partlayıcını işə salıb. Ölənlərin əksəriyyətinin iranlı şiə zəvvarlar olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB