Myanma hökumətindən müsəlmanlara qarşı növbəti düşmənçilik!

Myanma hökumətindən müsəlmanlara qarşı növbəti düşmənçilik!

Myanma hökuməti Banqladeşin Rohingiya müsəlmanlarının təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasındakı sərhəd boyunca təhlükəsizlik zonalarının yaradılması təklifi ilə razılaşmayıb. Bu barədə Myanmar Times qəzeti məlumat yayıb. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, Myanma hökumətin nümayəndəsi U Zo Txai qəzetə verdiyi açıqlamada deyib: “Hökumət təqdim edilən planı qəbul etməyib. Əgər belə bir zona yaradılsa, o, beynəlxalq təşkilatların nəzarətinə keçəcək”.

Banqladeş hökumətinin sərhəddə təhlükəsiz zonaların yaradılması təklifini Myanma tərəfinə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə çatdırdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə